15.10.2025, 20:39
AZ EN
15.10.2025, 16:41 84

Britaniyalı ekspert: "Qarabağın quruculuğuna həssaslıqla yanaşılmalıdır"

ŞƏRQİ ZƏNGƏZUR
  • "Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa işlərinin miqyası genişdir. Hər kəs şəhərlərin tez bir zamanda bərpa olunmasını görmək istəyir. Ancaq şəhərləri yenidən əvvəlki şöhrətinə qaytararkən həssaslıq tələb olunur".

"Vətən səsi" xəbər verir ki, bunu Böyük Britaniyanın “Chapman Taylor” şirkətinin İdarə heyətinin direktoru Marselina Zielinska Xankəndidə keçirilən Üçüncü Milli Şəhərsalma Forumunda jurnalistlərə açıqlamasında deyib. O, qeyd edib ki, ən böyük çətinlik isə bunu insanların razı qalacağı şəkildə həyata keçirməkdir: "Resurslar məhduddur. Çoxlu logistika, planlaşdırma və yoxlanılması lazım olan məsələlər var. Azərbaycan yalnız 10 milyon əhalisi olan kiçik, lakin gözəl bir ölkədir və böyük əraziləri yenidən qurmalıdır. Ona görə də ən böyük çətinlik ekspertləri tapmaq, planlaşdırmaq və təşkil etməkdir. Amma işlər irəliləyir, çətin olsa da, nəticə təəccüblüdür".

Britaniyalı ekspert vurğulayıb ki, dünya üzrə urbanizasiyada qlobal trend mütləq ekoloji yönümlüdür: "Hamımız bilirik ki, planetimiz problem qarşısındadır və əgər temperatur artımını dayandırmasaq, ciddi çətinliklərlə üzləşəcəyik. Azərbaycan hökuməti də bu trendi izləmək üçün bütün imkanlarını səfərbər edir”.

Elxan SALAHOV

Oxşar xəbərlər