22.11.2024, 00:20
AZ EN
22.11.2023, 12:28 294

Laçın Beynəlxalq Hava Limanının tikintisi sürətlə həyata keçirilir

ŞƏRQİ ZƏNGƏZUR
  • Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın işğaldan azad olunan ərazilərində tikilən 3-cü, ümumilikdə isə 9-cu hava limanı olacaq. Dəniz səviyyəsindən 1800 metr yuxarıda tikilməsi nəticəsində təkcə Azərbaycanda deyil, həm də MDB ölkələri arasında ən yüksəkdə yerləşən hava limanı olacaq.

Laçın, Şuşa, Kəlbəcər üçbucağını Laçın Beynəlxalq Hava limanı birləşdirəcək. Hava limanı vasitəsilə həmin rayonlara rahatlıqla gedib-gəlməyin mümkünlüyü həm də, bu ərazilərə turizmin qapılarını açacaq. Strateji, iqtidsadi və logistik cəhətdən bu möhtəşəm hava limanının əmiyyəti zaman-zaman daha aydın görünəcək.

Qeyd edək ki, Laçın Beynəlxalq Hava Limanında uçuş zolağının uzunluğu 3 min metr, eni isə 60 m olacaq. Saatda 200 sərnişinə xidmət edəcək hava limanında uçuşlar eyni istiqamətdən həyata keçiriləcək. Təməli 2021-ci ilin avqustunda Prezident İlham Əliyev tərəfindən qoyulan hava limanının tikintisinin 2024-cü ildə yekunlaşacağı, açılışının isə 2025-ci ildə olacağı planlaşdırılır. Hava limanında artıq işin xeyli hissəsi görülüb. Burada 1500 nəfər işçi durmadan çalışır.  

Mina RƏŞİD

Oxşar xəbərlər