22.11.2024, 00:04
AZ EN
07.06.2022, 17:00 373

Elnur Soltanov: "Kəlbəcər-Laçında külək enerjisi stansiyasının tikintisi üçün müqavilə bağlanacaq"

ŞƏRQİ ZƏNGƏZUR
  • Energetika nazirinin müavini Elnur Soltanov “APA-Economics”ə müsahibəsində müxbirin “Qarabağda “yaşıl zona”nın yaradılması və bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlı böyük planlar var. Hazırda bu istiqamətdə nə kimi işlər aparılır?” sualına cavab olaraq bildirib:

- Qarabağda “yaşıl zona”nın yaradılması çərçivəsində işlər davam edir. Cəbrayılda 240 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi proqramımız var, Kəlbəcər-Laçın iqtisadi rayonunda 100 meqavat və daha çox külək enerjisi stansiyasının tikilməsi istiqamətində yaxın vaxtlarda müqavilə bağlana bilər. Müzakirələr çox intensiv davam edir.

“Yaşıl zona”nın yaradılması sadəcə bərpa olunan mənbələrdən enerjinin alınmasından daha böyük bir məsələdir. Bu istiqamətə həm evlərin enerji səmərəliliyi məsələsi, kiçik su elektrik stansiyalarının yaradılması da daxildir. Nə vaxt özəl şirkətlərə investor olaraq müraciət olunacağı isə sadəcə zaman məsələsidir.

Kiçik su elektrik stansiyalarının yaradılması istiqamətində işlər intensiv davam edir. Cənab Prezidentin tapşırığıdır ki, kiçik su elektrik stansiyalarının tikintisinə özəl şirkətlər cəlb edilsin və o istiqamətdə işlər gedir.

“Azərenerji” tərəfindən hazırda azad olunmuş ərazilərdə artıq 4 kiçik su elektrik stansiyanın tikintisi bitib, 5-i üzərində iş gedir. Bundan başqa, təxminən 18 stansiyanın tikintisi də nəzərdə tutulub, bunların da ümumi gücü 80-90 meqavat ətrafındadır. Hazırda, yeni kiçik su elektrik stansiyalarının tikintisinə özəl investisiyaların cəlb edilməsi istiqamətində də işlər aparılır.

Oxşar xəbərlər