Görüşdə rayon rəhbəri ilə yanaşı icra başçısının müavinləri, aparatın şöbə müdirləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə və müəssisə rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənov ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə sakinlərə ətraflı məlumat verdi.
Daha sonra sakinlər tərəfindən qaldırılan məsələləri diqqətlə dinləyərək bəzi məsələlərin həlli üçün tapşırıqlar verdi. Digər qaldırılan məsələlərin qanunamüvafiq formada həlli üçün aidiyyəti qurumlara müraciət olunacağını bildirdi.
Rayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış bir çox məsələlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Hazırladı: Mina RƏŞİD