22.11.2024, 00:53
AZ EN
21.03.2022, 09:00 194

Dünya Novruzu qeyd edir

XƏBƏRLƏR

Qədim tarixi olan Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub.

Dünyada 300 milyondan çox insan Novruzu yeni ilin başlanğıcı kimi qəbul edir. Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda Novruz üç min ildir qeyd olunur.

AZƏRTAC-ın məlumatına görə, BMT-nin Baş katibi Antoniu Quttereş Novruz bayramı münasibətilə paylaşım edib. O özünün tviter hesabında yazıb: “Bəşəriyyət misli görünməmiş çağırışlarla üzləşdiyi bir vaxtda gəlin Novruzun həmrəylik ruhunu rəhbər tutaq və harmoniyada yaşamaq və planetimizi qorumaq öhdəliyimizi təzələyək.

Oxşar xəbərlər