18.10.2024, 22:15
AZ EN
05.07.2023, 08:00 110

Fransada saxlanılan etirazçıların sayı 3 mini keçib

XƏBƏRLƏR
  • Fransada altı gündür davam edən etirazlarda saxlanılan şəxslərin sayı açıqlanıb.

Bu barədə BFMTV kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, polis 1124-ü azyaşlı olmaqla 3625 etirazçını saxlayıb.

Bu günə kimi 380 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, lakin bu, yekun rəqəm deyil.

Qeyd edək ki, Fransada etirazlar iyunun 27-də axşam saatlarında Paris ətrafında 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayıb. (AZƏRTAC)

Oxşar xəbərlər