Bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşa şəhərində keçirilən TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimində deyib.
"Şuşada 10-a yaxın abidə bərpa edilib. Yaxın günlərdə digər abidələrin də bərpa işləri başa çatacaq. Hazırda işlər davam edir", - o vurğulayıb. (Report)