“Qara bağ” sənədli serialı elə ilk bölümündən tamaçaçıların diqqətini cəlb edib, sosial şəbəkələrdə geniş əks-səda doğurub. Filmin əsas qayəsi Qarabağ tarixinin indiyədək Azərbaycan ictimaiyyətinə az məlum olan və ya heç məlum olmayan səhifələrini işıqlandırmaq, bu bölgənin başına gələn müsibətlərin dərin köklərini açıb göstərmək, xalqımızın dövlətçilik ənənələrini və mənəvi dəyərlərini təbliğ etməkdir.
İTV-nin “Sabahın xeyir Azərbaycan” proqramına müsahibəsində Müsəllim Həsənov bildirib ki, keçmiş SSRİ və Rusiya arxivlərindəki “məxfi” və “tam məxfi” qrifli sənədlərə çıxış o qədər asan olmayıb, bəzi hallarda maneələr qarşıya çıxıb. Buna baxmayaraq, Qarabağın tarixi ilə bağlı yeni fakt və hadisələri aşkar etmək, həmçinin indiyədək tədqiq edilmiş sənədlərdə diqqətdən kənarda qalan bir sıra məqamlara daha yaxından işıq salmaq mümkün olub.
“Qara bağ” sənədli serialının 1-ci bölümünə aşağıdakı link vasitəsilə baxmaq olar:
https://www.youtube.com/watch?v=J9JXm8QLzJs