1976-cı ildən etibarən hər dörd ildən bir təşkil olunan və artıq 50 ildir ki, dünyada xalçaçılığın inkişafına dəstək verən, bu sahədə önə çıxan ölkələri birləşdirən konfransda “Azərxalça” ASC – nin İdarə Heyətinin sədri, Əməkdar İncəsənət Xadimi Emin Məmmədov da iştirak edib. Emin Məmmədov konfransda iyun ayının 8-də “Azərbaycan xalçaçılıq sənətində mədəni irsin davamlı inkişafı - üç nümunə əsasında” mövzusunda çıxış edib. Çıxış zamanı müasir dövrdə “Azərxalça” ASC-nin Azərbaycanın aparıcı və ən böyük xalça istehsalçısı kimi fəaliyyəti, istehsalatla yanaşı mədəni irsin qorunması, müasir dövrə, zövqə və interyerə uyğunlaşdırılması, qədim köklər, adət- ənənələr əsasında çağdaş tələblərə cavab vermə qaydalarından söz açılıb. Son dövrlərdə “Azərxalça” ASC- nin yalnız ölkədaxili deyil, xarici gənc mütəxəssislərlə əməkdaşlıqlarından və əldə olunan müsbət nəticələrdən bəhs olunub. Konfransın əsas mövzularından biri də 4-5 may 2024-cü il tarixlərində “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi, “Azərxalça” ASC-nin təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə İçərişəhərdə təşkil olunmuş Azərbaycanın ilk Milli Xalça Festivalı olub. Tədbirin sonunda geniş auditoriyaya Milli Xalça Festivalından hazırlanmış nəfis video çarx təqdim olunub.
İyunun 6-da açılış sessiyasını tanınmış alim prof. Walter Denny “Xalça tədqiqatında qorunma və yeni texnoloji sərhədlər” mövzusu ilə Reyhan Polatın rəhbərlik edəcəyi “Ənənənin Gələcəyi” adlı yekun panel muzeylərdə xalça təqdimatlarının innovativ sistemi, yeni dizayn və naxışların yaradılmasında süni intellektdən istifadə, toxuculuq və təbii boyamanın son təcrübələrinə diqqət yetirir.
Digər sessiyalar isə Səlcuq və Osmanlı dövrlərinə aid Anadolu Xalçaları, Orta Asiya toxuculuqları və keçələri, arxeoloji tapıntılar, yeni muzey kolleksiyaları və xalçaçılıq strukturlarının texniki aspektləri kimi ICOC (International Churches of Christ) birliyinin konfranslarının daha ənənəvi sahələrini əhatə edəcək. Əvvəlki ICOC (International Churches of Christ) birliyinin konfransları ilə müqayisədə 15-ci konfransda bəzi yeni faktlar var. Bu sahədəki gənc mütəxəssislərdən, həmçinin xalça istehsal edən şirkətlərdən daha çox müraciət daxil olub. (Trend)