Bunu Türk Mədəniyyəti və İrsi Fondunun sədri Aktotı Rayımkulov Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) keçirdiyi “Türk əməkdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri” adlı panel iclasından sonra söyləyib.
O deyib ki, türk xalqların zəngin mədəni irsinin tədqiqi, qorunması, bərpası və təbliği işini həyata keçirən TDT nəzdindəki bu beynəlxalq qurum ümumilikdə Azərbaycan üzrə maddi və qeyri-maddi mədəni dəyərlərin hərtərəfli öyrənilməsi, təbliği və yenilənməsi istiqamətində də fəaliyyətlər həyata keçirir: “Ortaq kimliyimizi qorumaq üçün tarixi və mənəvi mirasımızın qayğısına qalmaq borcumuzdur”.
Xatırladaq ki, ötən ay Rayımkulova Fondun Füzuli rayonundakı Qoçəhmədli məscidinin bərpasında iştirak edəcəyini açıqlamışdı. (Report)