06.04.2026, 12:28
AZ EN
06.04.2026, 10:42 106

Ermənistanın spikeri: "Şahramanyan öz əli ilə “artsax”ın ləğvi sənədinə imza atıb”

XƏBƏRLƏR
  • Ermənistan parlamentinin sədri Alen Simonyan ləğv edilmiş qondarma "artsax respublikası"nın sonuncu "lideri", 2023-cü ildə keçirilən antiterror tədbirləri zamanı müəmmalı şəkildə Qarabağdan Ermənistanda gizlənən Samvel Şahramanyana sərt xəbərdarlıq edib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Alen Simonyan aprelin 4-də “Vətəndaş Müqaviləsi” Partiyasının növbədənkənar qurultayından əvvəl jurnalistlərlə keçirdiyi brifinqdə Şahramanyanın Qarabağı tərk etmiş ermənilərlə bağlı açıqlamasını şərh edərkən onun Qarabağdan necə qaçması hələ də geniş ictimaiyyətə açıqlanmayıb. Onun sözlərinə görə, Ermənistan hökuməti qondarma rejimin "sonuncu rəhbəri"nin necə və qaçdığını və İrəvanda hansı şəraitdə gizləndiyini bilir, amma bəzi məqamlar hələ də sual doğurduğundan bu barədə açıqlama verməyi lazım bilmir: "Araik Arutyunyan və digər "artsax liderləri" Bakıda həbsxanandır, bəs o niyə İrəvanda qalıb? Axı, onun İrəvanda nə işi var? Bu nüanslar hər kəsdə suallar doğurur. Şahramanyan bunu başa düşmür. Məncə, sadəcə sussun. Nə qədər az danışarsa, o qədər faydası olar. Özünü hansısa məmur kimi təqdim etməsin, heç bir vəzifəsi yoxdur. Öz əli ilə "artsax"ın ləğv olunması sənədinə imza atıb".

Simonyan Qarabağdakı keçmiş qondarma rejimin sonuncu "lideri"nin iyun ayında keçiriləcək parlament seçkiləri ilə bağlı  bəyanatlarını da tənqid edib. O, Şahramanyanın Ermənistana köçən Qarabağ ermənilərinə müraciətlərinə münasibət bildirib: "Şahramanyan guya, antiterror əməliyyatlarından sonra ermənilərin Qarabağdan könüllü çıxmadığını, onların qaçmadığını dedir. Onun bəyanatı sərsəmləmədir. Bəs, qaçmaq necə olur? Təkrar edirəm, niyə o, İrəvanda müsahibə verir, onların əvvəlki "rəhbər"ləri indi Bakı həbsxanasındadırsa, Şahramanyan özünü hansısa vəzifəli şəxs kimi təqdim etməməlidir. O, öz imzası ilə vəzifəli şəxs olmadığını və heç vaxt belə status daşımadığını təsdiqləyib. İndi isə ən azı mənəvi baxımdan düzgün deyil ki, Ermənistan Respublikasının yüksək himayəsi altında belə davransın. İndi hamı aslana dönüb, qoy az danışsın, ümumiyyətlə, belə şeylər danışmağı dayandırsın və yerini bilsin. Mən ona xəbərdarlıq edirəm, qoy öz yerini bilsin".

Elxan SALAHOV

Oxşar xəbərlər