Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi və Berlində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Kino Günləri 13–14 fevral 2026-cı il tarixlərində keçiriləcək.
Mədəni tədbir Almaniya paytaxtında keçirilən nüfuzlu 76-cı Berlin Beynəlxalq Film Festivalı günlərinə təsadüf edərək Berlin tamaşaçısı və beynəlxalq film icması üzvlərini Azərbaycan kinosu ilə tanış edəcək.
Tarixi Zəfərimizin beş illiyinə həsr edilən film Mir Cəlal adına Hekayə Müsabiqəsinin qalib əsərinin motivləri əsasında çəkilib.
“Balakhani Operating Company LTD” hasilat şirkətinin dəstəyi ilə ərsəyə gələn filmin rejissoru Gəray Həsəndir. Baş rolları Azər Aydəmir, Günay Əhməd, Nurlan Mürsəlzadə və Niyaz İlyasoğlu canlandırıblar.
Hazırladı: Mina RƏŞİD