23.07.2025, 21:42
AZ EN
23.07.2025, 12:27 249

Səsi Qızıl Fondda ən çox yer tutan müğənni…

XƏBƏRLƏR
  • Bu gün Xalq artisti Flora Kərimovanın doğum günüdür. O, 1941-ci il iyulun 23-də Bakıda anadan olub. 1964-cü ildә Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1971-ci ildә Azərbaycan Dövlət Tibb İnstitutunu və 1977-ci ildә Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun Çinar ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. Klassik Avropa operası, Milli Opera janrı (doqquz dəfə Üzeyir Hacıbəyovun Leyli və Məcnun operasında Leyli), xalq mahnıları, Bəstəkar mahnılarının Klassik Art-Estrada (Sovet Estradası) janrlarının ustad sənətkarıdır. Azərbaycan Klassik Art-estrada janrının banisidir. Bəstəkar Elza İbrahimova, xüsusi olaraq Flora Kərimovanın səsi üçün Afət operasını bəstələmişdir. Repertuarında Azərbaycan bəstəkarlarının (Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova, Oqtay Rəcəbov, Ramiz Mirişli, Mobil Babayev, Şəfiqə Axundova, Oqtay Kazımov, Elçin İmanov, Eldar Mansurov, İmruzə Hüseynova, Ətiqə Ələkbərova, Faiq Sücəddinov, Rauf Hacıyev, Fikrət Əmirov və b.) mahnıları başlıca yer tutur. Şairlərdən Ramiz Rövşən, Vaqif Səmədoğlu, Baba Vəziroğlu, Məmməd Araz, Vahid Əziz, Fikrət Qoca, Nəriman Həsənzadə və digərlərinin ən sevimli müğənnisi olan Flora Kərimovanın, onlarla həm də ailəvi dostluğu olub.

"Qanun naminə" (1968) bədii filmində çəkilmişdir. Əsrarəngiz səsi, dünyada yeganə dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir. Qızıl Fondda ən çox sayda əsərlər Flora Kərimovaya məxsusdur.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər