17.06.2025, 10:25
AZ EN
02.05.2025, 15:29 251

“Üzeyir Hacıbəyli və musiqi mirası” adlı konsert keçirilib

XƏBƏRLƏR
  • Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş “Üzeyir Hacıbəyli və musiqi mirası” adlı konsert tədbiri keçirilib. Qeyd edək ki, tədbir Elm və Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə ərsəyə gətirilib.  

Tədbirin keçirilməsində məqsəd Azərbaycan xalqının dahi bəstəkarı, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, görkəmli musiqişünas alim, publisist, dramaturq Üzeyir Hacıbəylinin dünya musiqisi tarixində tutduğu mövqeyini, musiqi mədəniyyətimizin inkişafındakı misilsiz xidmətlərini gənc nəslə tanıtmaq, bu mədəni irsi qorumaq və daha da inkişaf etdirməkdən ibarətdir.

Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət nazirinin müavini Murad Hüseynov, millət vəkili Mehriban Vəliyeva, tanınmış mədəniyyət və incəsənət nümayəndələri və digər rəsmilər iştirak ediblər. Konsert tədbirində ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrindən 400 nəfərdən çox tələbə də tamaşaçı qismində iştirak edib.

Tədbirdə dahi bəstəkar Üzeyir Hacıbəylinin unudulmaz əsərləri səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər