06.05.2025, 08:22
AZ EN
21.04.2025, 17:26 123

Mirzə Qədim İrəvaninin əsərlərindəki piqment və artefaktlar ilk dəfə Bişkekdə nümayiş olunub

XƏBƏRLƏR
  • Mirzə Qədim İrəvaninin əsərlərində əks olunan piqment və artefaktlar ilk dəfə canlı şəkildə Qırğızıstan Milli İncəsənət Muzeyində sərgilənib.

Sərgi Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində baş tutub.

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimova jurnalistlərə açıqlamasında sərginin əhəmiyyətinə toxunub:

“Azərbaycan Mədəniyyəti Günləri artıq ənənəvi format halını alıb. Bildiyiniz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə bu il Mirzə Qədim İrəvaninin 200 illik yubileyi qeyd olunur. Bu münasibətlə İrəvaninin nadir əsərlərindəki piqmentlər və artefaktlar canlı olaraq buraya gətirilib və interpretasiya formatında nümayiş olunur”. (Report)

Oxşar xəbərlər