22.12.2024, 15:02
AZ EN
04.09.2022, 17:34 373

Türkiyəli rəssam: “Qarabağda hüznlənməyimizə baxmayaraq əsərlərimizi tamamlaya bildik”

XƏBƏRLƏR
  • "Bu gün dost və qardaş Azərbaycanda olmaqdan qürur duyuruq. Qarabağı gəzdiyimiz zaman həssas anlar yaşadıq və dünyanın fərqli ölkələrindən gələn bir çox sənətçilərlə birlikdə erməni işğalından azad edilmiş torpaqlara səfər etdik".

Bunu açıqlamasında türkiyəli gənc rəssam Alper Bakıcı deyib.

Gənc rəssam bildirib ki, qardaş ölkə Azərbaycanın yarası bizim yaramız, qüruru da bizim qürurumuzdur:

"Şuşa, Cəbrayıl, Füzuli, Ağdam kimi şəhərləri gəzdik. Burada Azərbaycanın mədəniyyəti, tarixi, memarlıq abidələri ilə tanış olmaq fürsətimiz oldu. Lakin təəssüf ki, bu əsərlər erməni vandalizminin qurbanına çevrilib. Hüznlənməyimizə baxmayaraq əsərlərimizi tamamlaya bildik".

O, qeyd edib ki, Dədə Qorqud hekayələrini mərkəzə alan üç rəsm əsəri ərsəyə gətirib:

"Çünki Dədə Qorqud Türkiyə ilə Azərbaycanın ortaq mədəni mirasıdır. Qarabağ məndə dərin duyğular və fikirlər yaratdı. Burada keçirdiyim duyğular qürurla üzüntünün sintezi idi. Bu əhval-ruhiyyə əsərlərimə də təsirsiz ötüşmədi. Rəngli, açıq tonlardan istifadə etmədim".

A.Bakıcı vurğulayıb ki, əsərlərində buradakı memarlıq abidələrinin vandallığa məruz qalsa da, tamamilə məhv olmadığını əks etdirməyə çalışıb:

"Qarabağın bizdə açdığı yaralarla əlaqədar əsərlərimdə açıq rənglərdən ümumiyyətlə imtina etdim". (Report)

Oxşar xəbərlər