Tədbir Finlandiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
Açılış mərasimində Finlandiyanın Azərbaycandakı və Cənubi Qafqazın digər ölkələrindəki səfiri Kirsti Narinen çıxış edərək qısaca Mannerheymin həyatından danışıb.
Diplomat vurğulayıb ki, Mannerheym Finlandiyanın müstəqillik əldə etməsində və 20-ci əsrin birinci yarısında ölkənin tarixində, o cümlədən 1918-ci il vətəndaş müharibəsində, 1939-1940-cı illərin Qış müharibəsi və 1941-1944-cü illərin Davam müharibəsində mühüm rol oynayıb.
Onun sözlərinə görə, Mannerheymin səyahətində Bakı Finlandiya ilə Mərkəzi Asiya arasında duruş nöqtəsi olub.
“Tariximiz üçün belə mühüm şəxsiyyətə həsr olunmuş tədbirin burada keçirilməsi bizim üçün çox xoşdur. Şadıq ki, onun əsərlərini sizin üçün buraya gətirə və sizi onunla daha yaxından tanış edə bildik”, - səfir söyləyib. (Report)