Qarabağın zəngin mədəni irsini müasir vizual ifadə vasitələri ilə təqdim edən sərginin əsas ideyası xalça ornamentlərinin əsrlər boyu qoruduğu yaddaşla müasir dövrün estetik baxışını bir araya gətirməkdir.
Əsərlərdə qədim naxışlarla harmoniyada təqdim edilən Qarabağ atlarının dinamik obrazları və qadın portretləri xüsusi yer tutur. Atın gücü və hərəkəti xalça naxışlarının ritmik quruluşu ilə tamamlanır. Qadın obrazlarında isə xalça motivləri kimlik, ruh və zamanlararası əlaqə kimi simvolizə olunur.
Ənənəni müasirliklə birləşdirən bu sərgi Qarabağın mədəni irsinin yaşadığını və yeni sənət formalarında gələcəyə ötürüldüyünü nümayiş etdirir.
Sərgi 21 dekabr tarixinədək davam edəcək.
Tahirə AĞAMİRZƏ