22.01.2026, 05:20
AZ EN
21.01.2026, 16:51 144

Vətənə qaytarılan incilər…

XƏBƏRLƏR
  • Qarabağın “Xətai” kompozisiyalı xalçaları dünya miqyasında şöhrət qazanmış ən məşhur xalça nümunələrindəndir. 2018-ci ildə Heydər Əliyev Fondu tərəfindən muzeyə hədiyyə edilən belə xalçalardan biri – XVII əsrə aid “Xətai” xalçası muzeyin kolleksiyasında ən nadir, eyni zamanda yüksək bədii xüsusiyyətlərə malik eksponatlardan biri kimi xüsusi yer tutur.

Xalçanın kompozisiyası Səfəvilər dövrü saray xalçalarının ruhunu, eyni zamanda Qarabağ xalçalarına xas olan stilizə edilmiş nəbati və zoomorf ornamentləri özündə əks etdirir. Ara sahə “əjdaha”, “simurq”, “ördək”, “həyat ağacı”, müxtəlif fantastik varlıqlar və palmet təsvirlərindən ibarətdir. Belə xalçaların evə xoşbəxtlik və ruzi gətirdiyinə inanılırdı. “Əjdaha” elementi, yerləşməsindən və formasından asılı olmayaraq, palmet ətrafında toxunur və bununla da qoruyucu funksiyanı yerinə yetirirdi.

XVII əsrə aid “Xətai” xalçaları Azərbaycan xalça sənəti tarixində özünəməxsus yer tutur. Bu xalçalar vaxtilə Qarabağda toxunaraq İpək Yolu vasitəsilə xarici ölkələrə aparılmış və bu gün dünyanın aparıcı muzeylərinin kolleksiyalarında qorunan ən qiymətli incilər sırasındadır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər