Tədbirdə dövlət qurumlarından nümayəndələr, mətbuat işçiləri, tanınmış müğənnilər, aşıqlar, şairlər iştirak edəcəklər. Sərgidə Şəkidən, İsmayıllıdan tanınmış kəlağayı ustalarının kəlağayılarının nümayişi və satışı təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycanın ali təhsil ocaqlarında, ümumtəhsil məktəblərində, rayonların İcra Hakimiyyətlərinin dəstəyi ilə ''Sazlı Sözlü Kəlağayı Günləri'' layihəsi çərçivəsində silsilə tədbirlər keçirilir və ilin sonuna qədər davam edəcək.
Mina RƏŞİD