Sərgidə Şuşanın füsunkar gözəlliyini əks etdirən fotolar, eləcə də şəhərin Azərbaycan və dünya mədəniyyətinə, incəsənətinə incilər bəxş etmiş tarixi şəxsiyyətlərinin şəkilləri yer alıb.
Sərgi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) İctimai Birliyi tərəfindən icra olunan “Shusha, the cultural capital of Azerbaijan, in photos” (Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda) adlı beynəlxalq fotoqrafiya layihəsi çərçivəsində həyata keçirilib.
Sərgini ziyarət edənlərə Şuşa şəhəri ilə bağlı açıqcalar paylanılıb.
Hazırladı: Mina RƏŞİD