16.06.2025, 22:14
AZ EN
28.08.2024, 13:42 515

“Azərbaycan kəlağayılarının təbliği”' layihəsinə ''Qarabağ'' mahnısı ilə yekun vuruldu

XƏBƏRLƏR
  • “Azərbaycan kəlağayılarının təbliği” layihəsi çərçivəsində yekun olaraq tədbir Şamaxı rayon Mədəniyyət Mərkəzində  keçirildi.

Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru, layihə rəhbəri Güllü Eldar Tomarlı açaraq, milli dəyərimiz olan kəlağayıların keçmişindən, bu günündən danışdı. Vətənimizin ərazi büttövlüyü uğrunda canından keçən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan himni səsləndirildi.
Güllü xanım çıxışında qeyd etdi ki, Azərbaycan Respublikasının birinci Vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində kəlağayımız 2014-cü ildə Yuneskonun Qeyri maddi mədəni irs üzrə Reptezentativ siyahısına  daxil olub. Bu əlamətdar günün - ''26 Noyabr Azərbaycan Kəlağayısı Günü'' -nün 10 illik yubileyidir. Həm də Mehriban xanım Əliyevanın 60 illik yubiley təntənəsidir.

Sonra Xalq artisti, professor İlham Namiq Kamal, filologiya elmləri doktoru, türkoloq Aytən Qurbanova, Əməkdar Mədəniyyət işçisi, aşıq Ağamurad Şirvanlı, Əməkdar Mədəniyyət işçisi, aşıq Solmaz Kosayeva, Almara Nəbiyeva, AMEA Folklor İnstitutunun Əməkdaşı Elmiyə  Məmmədova, Ağdam şəhərinin Abdal- Gülablı kəndinin Nənə qızlar  ansamblı və ən kiçik üzvü Ayla Əliyeva, Cavanşir Quliyevn rəhbərlik etdiyi ''Qarabağ'' aşıqlar qrupunun üzləri və başqaları çıxış etdilər.

Sonda Güllü Eldar Tomarlı maddi dəstəyə görə Azərbaycan Respublikasının  Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür etdi.

Şamaxıda final olaraq keçirilən “Azərbaycan kəlağayılarının təbliği”' layihəsi Gültəkin Qarabağlının ifasında ''Qarabağ'' mahnısı ilə sona çatdı.

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR