Bu sözləri Laçının İmamlar kəndinin sakini, “Laçın yurdu” jurnalının təsisçisi və baş redaktoru Arif Məmmədli deyib.
“Laçın Şəhəri Günlərinin keçirilməsi ilə biz sanki təsəlli tapmışıq. Bu ab-hava, təmtəraqlı bayram tədbirləri insanda qürur hissi yaradır”, - deyə o qeyd edib.
Tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu bildirən A.Məmmədli deyib: “Biz Laçın şəhərinin salınmasının 100 illiyinə həsr olunan möhtəşəm tədbir keçiririk. Laçında kəndlər yenidən qurulur. Ən böyük arzumuz doğma Laçının daimi sakini olmaqdır”. (AZƏRTAC)