Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ədəbi Azərbaycan" jurnalının poeziya şöbəsinin müdiri Alina Talıbova şairin yaradıcılığının əhəmiyyətindən söz açıb, xüsusilə Səməd Vurğunun poeziyasının bizim dövrümüzdə də əhəmiyyətini və aktuallığını itirmədiyini vurğulayıb.
Poeziya gecəsini “Lalələr” uşaq ansamblının yetirmələrinin, Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin şagirdlərinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunlarının, eləcə də gənc istedadlı şairlərin parlaq çıxışları bəzəyib.
“Kitablar və yubilyar yazıçılar” ədəbi layihəsinin qaliblərinə diplomları tədbirin fəxri qonağı, Səməd Vurğunun nəvəsi, respublika və beynəlxalq müsabiqələr və festivallar laureatı Vurğun Vəkilov təqdim edib.
Musiqili-poeziya gecəsinə Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina yekun vurub. (AZERTAC)