Filarmoniyadan verilən xəbərə görə, üçüncü dəfə keçiriləcək layihə Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlunun əziz xatirəsinə həsr olunacaq.
Qeyd edək ki, "Xalqın mədəni sərvəti" layihəsi 8-14 yanvar tarixlərində simfonik muğam janrının banisi Fikrət Əmirova, 14-16 fevral tarixlərində görkəmli bəstəkarımız Qara Qarayevə həsr olunub. (APA)