Virtual sərgidə rəsmi sənəd, Azərbaycanın görkəmli şəxsiyyətlərinin konstitusiyamız haqqında fikirləri, fotolar, mövzu ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.
Sərgiyə keçid üçün link: http://anl.az/el/vsb/12Noyabr_Konstitusiya_gunu/index.htm.
Qeyd edək ki, 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin Sərəncamı ilə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü elan edilib. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunub. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. (AZƏRTAC)