21.11.2024, 17:06
AZ EN
10.03.2022, 18:00 171

Qarabağın ədəbi-mədəni mühitinə həsr olunmuş konfrans keçiriləcək

XƏBƏRLƏR

Mayın 5-6-da AMEA-nın Gəncə Bölməsinin təşkilatçılığı ilə Şuşa şəhərinin 270 illiyinə həsr olunan “Qarabağ ədəbi-mədəni mühiti yeni baxış müstəvisində” mövzusunda respublika konfransı keçiriləcək.

Bu barədə AMEA-dan verilən məlumatda bildirilir ki, Prezidentin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 5 yanvar tarixli Sərəncamına əsasən keçiriləcək tədbirin məqsədi Şuşa şəhərinin tarixini, görkəmli şəxsiyyətlərini, milli-mənəvi və sosial-mədəni irsini, ədəbiyyatını, incəsənətini, memarlığını müxtəlif aspektlərdən araşdırmaqdan ibarətdir.

Konfrans Azərbaycanın mədəniyyət paytaxtı olaraq Şuşa və onun tarixi, şəhərin Azərbaycan ədəbi irsində yeri, incəsənət və memarlıq nümunələri, dini, mədəni abidələri, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər və digər mövzuları əhatə edəcək.

Tədbirə alimlər, elmi işçilər, doktorant və magistrantlar məruzə və tezislərini təqdim edə bilərlər. Konfransda iştirak etmək istəyənlər məruzə və tezislərini aprelin 20-dək rus, ingilis dillərində xülasə və açar sözlərlə tərtib edilən 2-3 səhifə həcmində olmaqla alimuxtar@gmail.com elektron poçt ünvanına göndərməlidirlər.

Oxşar xəbərlər