Dövlət Xidməti tərəfindən bu məqsədlə “İrsimizi tanıyaq və qoruyaq” adlı yeni maarifləndirici aksiyaya başlanılıb.
Aksiya çərçivəsində ilk olaraq Kəlbəcər rayonu ərazisindəki dünya əhəmiyyətli memarlıq abidəmiz Xudavəng monastırı haqqında Azərbaycan və ingilis dillərində məlumat təqdim olunub.
Bildirilir ki, Qafqaz Albaniyasının önəmli yadigarlarından olan Xudavəng monastır kompleksi Kəlbəcər rayonu ərazisində, Tərtərçayın başlanğıcında yerləşir. Monastır kompleksi Qafqaz Albaniyası dövlətinin Xaçın knyazlığında dini-siyasi mərkəz, bir müddət isə alban katolikosluğunun mərkəzi kimi fəaliyyət göstərib. Kompleksin ən erkən tikilisi VIII-IX əsrlərə aid edilən qədim bazilikadır. XII əsrdə Xaçın knyazı Böyük Həsənin oğlu Vaxtanqın ailə vəsaiti hesabına kompleks yenilənib və əlavə tikililər inşa edilib. Diofizit xarakterli freska elementlərinə malik azsaylı memarlıq nümunələrindən sayılan Xudavəng monastırına əsas bazilika, Arzu xatın və Həsən Cəlal kilsəsi olmaqla bir çox memarlıq nümunələri daxil olub.
Materialda 30 illik işğal zamanı ermənilər tərəfindən monastıra qarşı həyata keçirilən vandalizm və mənimsəmə barədə də məlumat verilir.
Qeyd edək ki, Dövlət Xidməti tərəfindən bu ilin iyul ayında “İrsimizi tanıyaq, tanıdaq” adlı sosial videoçarx müsabiqəsi də elan olunub.
ünya əhəmiyyətli memarlıq abidəmiz Xudavəng monastırı haqqında Azərbaycan və ingilis dillərində məlumat təqdim olunub.
Bildirilir ki, Qafqaz Albaniyasının önəmli yadigarlarından olan Xudavəng monastır kompleksi Kəlbəcər rayonu ərazisində, Tərtərçayın başlanğıcında yerləşir. Monastır kompleksi Qafqaz Albaniyası dövlətinin Xaçın knyazlığında dini-siyasi mərkəz, bir müddət isə alban katolikosluğunun mərkəzi kimi fəaliyyət göstərib. Kompleksin ən erkən tikilisi VIII-IX əsrlərə aid edilən qədim bazilikadır. XII əsrdə Xaçın knyazı Böyük Həsənin oğlu Vaxtanqın ailə vəsaiti hesabına kompleks yenilənib və əlavə tikililər inşa edilib. Diofizit xarakterli freska elementlərinə malik azsaylı memarlıq nümunələrindən sayılan Xudavəng monastırına əsas bazilika, Arzu xatın və Həsən Cəlal kilsəsi olmaqla bir çox memarlıq nümunələri daxil olub.
Materialda 30 illik işğal zamanı ermənilər tərəfindən monastıra qarşı həyata keçirilən vandalizm və mənimsəmə barədə də məlumat verilir.
Hazırladı: Mina RƏŞİD