İnstitutdan bildirilib ki, kitabın baş məsləhətçisi Rəsul Qədiri, redaktorları Səadət Şıxıyeva və Əkbər Elyardır. Nəşrin “II Qarabağ savaşının güney ədəbiyyatına yansıması” başlıqlı “Ön söz”ünün müəllifi Esmira Fuaddır.
“Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş topluda iyirmi yeddi şair haqqında qısa bioqrafik məlumat və onların Vətən müharibəsinə ithaf olunmuş şeirləri toplanıb.
Antologiyada Kərim Güləndam, Həmid Əhmədzadə Telmixan, Cabir Lütfi, Nadir Paşa, Kövrək Hüseyn, Səhər Xiyavi, Hayde Bulukı Özləm, Fəridə Süleymani Aytəkin, Çiçək Ağbulud və digərlərinin poeziya örnəkləri ilə yanaşı, Rəsul Qədirinin “Xarı bülbül” və Əli Daşqının “Əsir torpaq-Qarabağ” poemaları da yer alıb. (AZƏRTAC)