17.06.2025, 17:10
AZ EN
05.06.2023, 12:57 281

Mikayıl Müşfiqin doğum günü şairlərin bayramıdır

XƏBƏRLƏR
  • Bu gün unudulmaz şair, yeni Azərbaycan şeirinin öncülü, repressiya qurbanı Mikayıl Müşfiqin doğum günüdür. Şairin adına böyük ehtiram əlaməti olaraq Azərbaycanda Şairlər günü iyunun 5-də qeyd edilir. Həmin gün Yazıçılar Birliyi və digər ədəbi qurumlar müxtəlif tədbirlər keçirir, M.Müşfiqin adını daşıyan mükafat şairlərə təqdim edilir. Şairlər Gününün başqa bir özəlliyi isə şair və yazıçıların Müşfiqin rəmzi məzarına - Xəzər dənizinə gülsəpmə mərasimidir.

Gənc Şairlər Birliyinin rəhbəri, şair Xəyal Rzanın təklifi və təşkilatçılığı ilə əsası qoyulan bu əlamətdar gün ötən illərdə geniş miqyasda Türkiyə, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna və Rusiyadan dəvət olunmuş qonaqların iştiraki ilə maraqlı görüşlər həyata keçirilib.

Xatırladaq ki, iyunun 5-i Azərbaycanın görkəmli şairi Vaqif Səmədoğlunun da doğum günüdür.

Bu il Şairlər günü münasibətilə II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək. Sərgi bu gündən başlayaraq bir həftə müddətində AMEA-nın qarşısındakı parkda açıq havada nümayiş etdiriləcək və giriş sərbəstdir. Hər gün tanınmış və gənc yazarların imza günləri, oxucularla görüşləri, müxtəlif konsert proqramları, şeir saatları, ədəbiyyat və kitab ətrafında diskussiyalar, film nümayişləri təşkil ediləcək.

Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rzanın sözlərinə görə II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının yenə möhtəşəm keçəcəyi gözlənilir. Festival çərçivəsində bir-birindən maraqlı panellər təqdim olunacaq. Safura Quliyeva, Cavanşir Yusifli, Günay Qarayeva və Nərmin Cahangirovanın maraqlı çıxışları şairin yarım qalan həyatını və yaradıcılığını yenidən yada salacaq.

Mina RƏŞİD

Oxşar xəbərlər