22.11.2024, 15:32
AZ EN
02.02.2024, 07:05 299

Minskdə Azərbaycan xalçaları təbliğ olunub

XƏBƏRLƏR
  • Minsk Dövlət Linqvistika Universitetində “Azərbaycan xalçaları: tarix və müasirlik” mövzusunda ustad dərsi keçirilib.

Azərbaycan Dillər Universitetinin Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva xalçaçılıq sənəti prizmasından Azərbaycanın zəngin mədəniyyətinə dair ustad dərsi keçib.

“Xalçalar haqlı olaraq Azərbaycan mədəniyyətinin tərkib hissəsi hesab edilir. Min illərdir ki, insanlar rəng palitrasına öz əhvali-ruhiyyəsini və ətraf aləmə baxışını qoyaraq xalçaların üzərində yazıblar. Azərbaycan xalqı üçün xalçaçılıq sənətdir, zəngin mənəvi dünyanın əksidir. Xalçaçılıq həyatımızın bir parçasıdır”, - deyə S.Əliyeva qeyd edib.

Ustad dərsini davam etdirən iştirakçılar Azərbaycan xalçalarının qədim tarixi ilə tanış olublar.

“Azərbaycan xalçalarının sirri təkcə materialda deyil, həm də rəng palitrasında və müəyyən naxışlardadır. Xalça hazırlamaq üçün boyalar böyürtkən yarpaqlarından, zəfəran çiçəklərindən alınırdı”, - deyə Azərbaycan Dillər Universitetinin professoru bildirib.

Tədbir zamanı iştirakçılar Azərbaycan xalçalarının növləri, o cümlədən Bakı, Gəncə, Qazax, Şirvan, Qarabağ və Qubada xalçaçılıq məktəbləri ilə tanış olublar. Bundan əlavə, Sevdagül Əliyeva iştirakçılara Azərbaycan Milli Xalça Muzeyi - yerli adət-ənənələrin və adətlərin qeyri-adi dünyası haqqında danışıb.

Sonda iştirakçıların sualları cavablandırılıb. (AZƏRTAC)

Oxşar xəbərlər