Keçmiş SSRİ-də bu bayramı 1962-ci ildən qeyd etməyə başlamışdılar, 1968-ci ildə isə ona Beynəlxalq Aviasiya və Kosmonavtika Günü statusu verildi.
Kosmosa ilk dəfə uçan məşhur sovet təyyarəçisi Yuri Qaqarin olub. 1961-ci il aprelin 12-də baş leytenant Qaqarinin “Vostok” kosmik gəmisində uçuşu 108 dəqiqə davam edib.
Bu möhtəşəm hadisə sayəsində Yuri Qaqarinə Sovet İttifaqı Qəhrəmanı adı verilib.
ABŞ kosmonavtlarının Aya uçmasını çıxmaqla, bütün digər ilk addımlar SSRİ tərəfindən atılıb. Bu günə qədər kosmosa təqribən 517 insan uçub, onlardan 55-i qadındır.
Ənənəyə görə, Aviasiya və Kosmonavtika Günündə tematik müxtəlif sərgilər, konfranslar, mühazirələr təşkil edilir, kinofilmlər nümayiş etdirilir.
Mina RƏŞİD