Bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli "Bir Elin Manifesti: Qərbi Azərbaycan hekayələri" ümumrespublika hekayə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi çərçivəsində jurnalistlərə deyib.
Onun sözlərinə görə, gələn il baş tutacaq müsabiqədə iştirakçı sayının artacağı gözlənilir:
"Bu müsabiqədə 60-a yaxın müəllif iştirak edib. Gələn müsabiqədə iştirakçıların sayı altmışı ötəcək. Bu layihənin məqsədi Qərbi Azərbaycan həqiqətlərini bədii ədəbiyyatda əks etdirməkdir. Qərbi Azərbaycan həqiqətlərinin bədii ədəbiyyat vasitəsilə gənc nəsillərə ötürülməsinə çox ehtiyac var. Bu layihə Qərbi Azərbaycana qayıdış yolunda atdığımız növbəti addımdır". (Report)