23.12.2024, 13:08
AZ EN
11.04.2022, 11:30 453

Nazir müavini: "I Qarabağ müharibəsində xəsarət alanlara birdəfəlik ödəmə yaxın vaxtlarda veriləcək"

XƏBƏRLƏR

“Dövlət başçısının 2021-ci ilin dekabr ayında imzaladığı Fərmanla 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanaraq əlilliyi müəyyən edilmiş şəxslərə, onlardan vəfat edənlərin ailə üzvlərinə yaxın vaxtlarda birdəfəlik ödəmə verilməsinə başlanacaq”.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev “Sosial islahatların uğurları, bu islahatlara beynəlxalq baxış və mükafatlar” mövzusunda mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ödənişlərin tam proaktiv qaydada verilməsi nəzərdə tutulur:

"Hazırda siyahılar dəqiqləşdirilir. Yaxın 2 ayda bu prosesin başa çatdırılmasına və ödənişlərin verilməsinə başlamağı planlaşdırırıq. Eyni zamanda, Prezident İlham Əliyevin tapşırığı ilə 44 günlük Vətən müharibəsi iştirakçıları da sosial dəstək proqramı ilə əhatə olunub. “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdü təyin olunub” – o deyib. (APA)

Oxşar xəbərlər