Bu gün haqqında yazdığımız qəhrəman İbrahim Əmirullah oğlu Hüseynlidir. O, 1 iyul 2000-ci ildə Füzuli rayonunun Əhmədbəyli kəndində dünyaya gəlmişdir. Təhsilini İnternat tipli gimnaziyada alan İbrahim gimnaziyanı bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. İ.Həsənli Vətən müharibəsi başlayanda könüllü olaraq Vətən uğrunda savaşa qoşularaq Füzuli, Tərtər, Cəbrayıl cəbhələrində qəhrəmanlıqla döyüşlərdə iştirak edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə İbrahim "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur. Üçüncü dərəcəli əlildir.
İsa Musayev