21.09.2024, 18:26
AZ EN
03.04.2023, 16:55 92

Türkiyədə keçiriləcək parlament və prezident seçkilərində namizədlər arasında azərbaycanlı soydaşlarımız da var

XƏBƏRLƏR
  • Türkiyənin gündəmini zəbt edən parlament və prezident seçkilərinə iki aydan az vaxt qalıb.  Seçkilər qardaş ölkə ilə yanaşı, Azərbaycanda da diqqət mərkəzindədir və geniş müzakirə olunur. Təbii ki, ölkəmizdə böyük əksəriyyət Türkiyə Prezidenti R.T.Ərdoğanın növbəti seçkidə yenidən prezident seçilməsini arzulayır.

Seçkilərin Azərbaycan ictimaiyyəti üçün maraqlı olmasının səbəblərindən biri də namizədlər arasında soydaşlarımızın yer almasıdır. Belə ki, mayın 14-də Türkiyədə keçiriləcək parlament və prezident seçkilərində iştirak edəcək namizədlər arasında bir neçə namizəd var və onlardan biri də Qərbi Azərbaycan əsilli Əsmayə Novruzova Özörmenoğludur.  

O, millət vəkilliyinə namizədliyini Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından (MHP) irəli sürüb.  

1977-ci il təvəllüdlü Ə.Özörmenoğlu ixtisasca həkimdir. 2017-ci ildə Ankara Universitetinin Uşaq Sağlamlığı və Xəstəlikləri fakültəsində təkmilləşdirmə təhsili alarkən tanış olduğu Türkiyə vətəndaşı Alper Özörmenoğlu ilə 2018-ci ildə ailə qurub və qardaş ölkədə məskunlaşıb. 2021-ci ildən Antalya Memorial Xəstəxanasında həkim olaraq çalışır.

Özörmenoğlunun sözlərinə görə, hazırda yaşadığı Antalya şəhərində 60-dək namizəd 17 millət vəkili yeri uğrunda mübarizə aparır.

O, bu mübarizədə qalib olacağına inanır: “Türkiyə Böyük Millət Məclisində (TBMM) millət vəkilliyinə namizədliyimi irəli sürməkdə başlıca məqsədim, Türkiyə vətəndaş olaraq Prezident İlham Əliyevin ideyası əsasında "Qərbi Azərbaycan İcması" çərçivəsində həyata keçirilən Qayıdış Konsepsiyası ilə əlaqədar uğurlu siyasətinin nəticələrini TBMM-in gündəminə gətirmək və qardaş ölkədə yaşayan azərbaycanlıların səsi olmaqdır. Seçki fəaliyyətlərimi partiyamızın və Türk dünyasının müdrik lideri Dövlət Bağçalının göstərişinə uyğun olaraq icra edəcəyəm. Hazırda partiyamızda namizədlər arasında yarış mərhələsindəyik”,-deyə Ə.Özörmenoğlu vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər