Bunlardan biri də hər il iyunun 9-da müxtəlif ölkələrdə qeyd olunan Beynəlxalq Dostlar Günüdür. Dostlar Günü bizə həyat şəraitindən, müxtəlif ziddiyyətlərdən asılı olmayaraq dostluğun nə qədər vacib olduğunu bir daha xatırladır.
9 iyunun Dostlar Günü kimi qeyri-rəsmi qeyd olunmasının kim tərəfindən və nə zaman təyin olunduğu məlum olmasa da, yenə də yadda qalan bir gün kimi populyarlığını qoruyub saxlayır.
Qeyd edək ki, təkcə ayrı-ayrı insanlar yox, şəhərlər, ölkələr də bir-birilə dost olur. Təki bu dostluq dünyaya kin, ədavət yox, sülh, əmin-əmanlıq bəxş eləsin.
Hazırladı: Mina RƏŞİD