Bunu Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Kahramanmaraşdan olan millət vəkili Ahmet Özdəmir deyib.
O qeyd edib ki, ən çətin günlərində Azərbaycanla Türkiyə bir-birinə dəstək göstərir:
"Zəlzələdən sonra da ilk dəstək təklifini qardaş ölkə Azərbaycan edib. Mən bu dəstəyə görə Azərbaycana təşəkkürümü bildirirəm".
Türkiyəli millət vəkili bildirib ki, hazırda Kahramanmaraşın Azərbaycan bulvarı küçəsində qardaş ölkənin xilasediciləri axtarış-xilasetmə əməliyyatlarını davam etdirir:
"Burada dağıntıya məruz qalan binalar həddən artıq çoxdur”. (Report)