21.09.2024, 23:28
AZ EN
30.03.2023, 11:50 240

30 mart şəhid Nicat Hüseynovun doğum günüdür

XƏBƏRLƏR
  • Vətən müharibəsinin tarix yazan qəhrəmanlarından biri də Nicatdır. Arxada gözlərini ona dikən, güvənc yerləri olan, hələ həyatdakı uğurlarına, sevinmədiyi, boylarını doyunca sevə bilmədiyi 3 övlad, qarşıda isə ona həmişəkindən daha çox ehtiyacı olan düşmən caynağında 30 il zillət çəkən Vətən dururdu. Çox düşünmədi Nicat, axı, Vətənə oğul borcu vardı, zaman da yetişmişdi, bundan geriyə yol yox idi. Elə ona görə də Vətənin canına can, qanına qan qatmaq üçün yola çıxdı, Vətən yoluna...

Nicat Hüseynov 1987-ci il martın 30-da Hacıqabul rayonunun Meyniman kəndində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. Azərbaycan Ordusunun çavuşu olan Nicat Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub, düşmənin canlı qüvvəsinin məhv edilməsində böyük şücaət göstərib. Nicat Hüseynov oktyabrın 21-də Qubadlı döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Nəşi Hacıqabul rayonunun Meyniman kəndinə gətirilərək böyük ehtiram və izdihamla dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Nicat Hüseynov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Allahdan şəhidimizə rəhmət diləyirik.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər