22.09.2024, 00:08
AZ EN
11.03.2023, 08:54 101

Ölümü gözə alan qəhrəman

XƏBƏRLƏR
  • Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də Sahil Salmanovdur.

Sahil Salmanov 2002-ci il martın 11-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. 2008–2019-cu illərdə Düz Qırıqlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Sahil Salmanov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sahil Salmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sahil Salmanov oktyabrın 20-də Füzuli döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Düz Qırıqlı kəndində böyük ehtiram və izdihamla dəfn olunub.

Cəsur döyüşçümüz ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər