- Bu gün mənim sevincimin həddi-hüdudu yoxdur, çünki uzun həsrətdən sonra doğma yurduma- Füzuliyə qayıdıram. 30 ildir ki, bu günləri gözləyirdik. Allaha şükürlər olsun ki, doğma yurda qayıdıram. Bu günləri gördüyüm üçün çox xoşbəxtəm.
Bu sözləri müsahibəsində doğma yurduna qayıdan Füzuli sakini Elxan Abdullayev söyləyib.
E. Abdullayev torpaqlarımızın işğaldan azad edilməsində əməyi olan qəhrəman Vətən övladlarına minnətdarlığını ifadə edib. (AZƏRTAC)