Bunu azad edilmiş ərazilərə səfər edən beynəlxalq səyyahlar qrupunun üzvü, belçikalı səyyah Yves Buvie Ağdamda jurnalistlərə açıqlamasında deyib.
Səyyah bildirib ki, ərazilərin minalardan təmizlənməsini həyata keçirən ANAMA-nın əməyini xüsusi qiymətləndirmək lazımdır: “Dağıdılmış Ağdamı görəndə şok keçirdim. Ermənilər burada azərbaycanlıların mədəniyyətini silməyə çalışıblar. Ərazidə sürətli yenidənqurma, infrastrukturun yaradılması işləri gedir. Bunları gördüyümə görə çox sevinirəm. İnanıram ki, Azərbaycan xalqı gələcəkdə Qarabağı yenidən quracaq. Beynəlxalq media nümayəndələri bu ərazilərə gəlməlidirlər. Çünki, nələrin baş verdiyini yalnız burada olaraq görmək mümkündür. Bu, həm də dünya ictimaiyyətinin baş verənlərlə bağlı düzgün informasiya əldə etməsi deməkdir. Ermənilərin burada etdiklərini beynəlxalq təşkilatlar da görməlidirlər”. (APA)