Qarabağda dağıdılmış infrastruktur bərpa edildikcə, insanların köçü başladıqca, müxtəlif peşə sahibləri kimi həkimlərə də tələbat yaranıb. Artıq həkimlərimiz Hatdurda və Zəngilandadır.
Qarabağda Ailə Sağlamlıq Mərkəzi də tikilib istifadə verilməkdədir.
Zəngilandakı Ailə Sağlamlıq Mərkəzi isə artıq üç aydır ki, fəaliyyət göstırir. Mərkəz açılandan bu günə qədər 500-dən yuxarı xəstəyə tibbi yardım göstərilib. Səhiyyə ocağı ən müasir tibbi cihaz və digər ləvazimatlarla təchiz olunub. Artıq mərkəzdə kiçik həcmli əməliyyatlar da icra olunur.
Əli Məmmədov, Beyləqan MRX-nın Zəngilana ezam olunan cərrahı:
-Məlumaq üçün bilrirəm ki, bura həkim-cərrah, mama-ginikoloq, avtolmoloq, nepropotoloq, endokrinoloq, peiatır həkimlər mütəmadi olaraq ezam olunurlar. 24 saat ərzində Təcili Tibbi Yardım briqadası yardım göstərir. Günün istənilən saatı çağırış veriləndə qısa müddətdə çağırış yerinə yetirilir, yerindəcə xəstəyə keyfiyyətli tibbi yardım göstərilir. Təkcə Ağalı kəndində yaşayan əhali üçün yox, eyni zamanda bu ərazidə çalışan, quruculuq işləri ilə məşğul olan vətəndaşlarımıza da xidmət göstəririk.
Qeyd edək ki, mərkəzdə eləcə də teletibb otağı yaradılıb. Hansı ki, bu otaqda xəstələrə paytax və ölkəmizin digər şəhərlərindəki həkimlər onlayn qaydada diaqnoz qoya və müalicə təyini ilə bağlı məsləhətlər verə bilir.
Hadrutda da tilikən bina da böyük işlər görmək üçün tikilib. Ən son avadanlıqlarla təchiz olunan Ailə Sağıamlıq Mərkəzi günün bütün saatlarında passientlərin xidmətindədir. On gündən artıqdır ki, fəaliyyət göstərən mərkəzdə 29 xəstəyə tibbi yardım göstərilib.
-Elvin Ələsgərov, tibb icraçısı:
Briqada şəklində gəldik bura, xəstələrimizi, müraciət edən vətəndaşlarımızı elektroqrafi, sonoqrafiq və digər müayinələrdən keçiririk, dispanser müşahidəyə götürürük, lazım olarsa peyvəndə cəlb edirik, pnivmaniya olanlar olar, yüngül xəstələrimiz olur. Şükür, elə bir ağır xəsarət alan xəstələrimiz yoxdur. Olarsa belə bütün tibbi ləvazimat var. Bütün şok əleyhinə, müalicə üçün dərmanlarımız var.
Ailə Sağlamlıq Mərkəzinin daimi heyəti də var. Onlar da könüllü olaraq Hadrutda çalışır, burada yaşayırlar.
Şahlar Hüseynov, Beyləqan MRX-nın Hadrut ASM-ə ezam olunan terapiya şöbəsinin müdiri:
-Öz istəyimlə, öz arzumla bu torpaqlarda işləməyə başlamışam. Bu günlərə çox şükürlər olsun ki, artıq işğaldan azad olunmuş torpaqlarımızda xidmət göstərirəm. Biz növbəli şəkildə xidmət göstəririk. Qalmağa, yatmağa yerimiz var, yeməklə təmin olunuruq.
Qeyd edək ki, hər iki Ailə Sağlamlıq Mərkəzi hər gün 24 saat vətəndaşların xidmətindədir.
Nurəngiz Bəşirova, Beyləqan MRX-nın direktoru:
-Yataq xəstləri varsa, gedib baxırlar, onlara yardımlar göstrirlər. Bəzən elə olur ki, vətəndaşların xəstəxanada yataraq müalicəyə ehtiyacı olur. Bizim Təcili Tibbi Yardım maşınlarımız xəstələri Füzuli və Beyləqan rayon mərkəzi xəstəxanalarına gətirib və orada yerləşdirirlər.
Onu da qeyd etmək istəyirəm ki, bizimlə çiyin-çiyinə çalışmaq istəyən ağxalatlılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına müraciət edə bilərlər.
Hazırladı: Tahirə AĞAMİRZƏ