06.02.2026, 17:04
AZ EN
06.02.2026, 14:46 172

Daşkəsən rayonunda Kəlbəcər sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon prokuroru İlkin İsmayılov və Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirovla birgə Daşkəsən rayonu, Quşçu kəndində yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib.

RİH başçısı Azər Qocayev səyyar görüşdə sakinlərə öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən, ərazi bütövlüyümüzün tam bərpasına səbəb olan lokal antiterror əməliyyatından, uğurla icra edilən “Böyük qayıdış” dövlət proqramından, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından söz açılıb.

Daha sonra qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin vətəndaşlar onları narahat edən məsələləri RİH başçısının nəzərinə çatdırıblar.

Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülüb, RİH-in səlahiyyətləri daxilində olan məsələlərin həll ediləcəyi, digər müraciətlərin həlli istiqamətində isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilib.

Qəbulda iştirak edən Kəlbəcər rayon prokuroru İlkin İsmayılov və YAP rayon təşkilatının sədri Həbib Misirov onlara ünvanlanan müraciətlərə qanunamüvafiq qaydada baxılacağını, qaldırılan məsələlərin səlahiyyətləri daxilində həllinə çalışaqcaqlarını bildiriblər.

Mina RƏŞİD

Oxşar xəbərlər