İcra başçısı Alı Alıyev şəhid övladı ilə söhbəti əsnasında Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət təhsil siyasətinin hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilməsindən, kadr potensialının artırılması, beynəlxalq təhsil sisteminə uğurlu inteqrasiya edilməsi istiqamətində atılan addımlardan söz açdı. Tələbə adı qazanan bütün gəncləri ürəkdən təbrik edən Alı Alıyev, onlara gələcək təhsillərində və həyatlarında uğurlar arzuladı.
Şəhidin övladı göstərilən diqqətə və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqını ifadə etdi.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tərəfindən, yüksək nəticə toplayaraq Ali məktəbə qəbul olan Sənan Qarayevə hədiyyə təqdim olundu.
Sonda Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və şəhidin ailəsi Horadiz şəhərində yerləşən “Qəhrəmanlar Parkı”nı ziyarət etdilər. Ziyarətçilər parkda şəhidlərin əziz xatirəsini əbədiləşdirmək məqsədilə ucaldılmış abidə komplekslərini, eləcə də şəhid şəkillərindən ibarət xatirə lövhələrini ziyarət edib xatirə şəkilləri çəkdirdilər.
Hazırladı: Mina RƏŞİD