İcra başçısı idarə və müəssisə rəhbərlərinin iştirak etdiyi səyyar görüşdə Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi uğurlardan danışaraq, bu uğurların hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini bildirib. O, 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbəmizdən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə, o cümlədən əvvəlki simasını bərpa etməkdə olan mədəniyyət paytaxtımız Şuşada aparılan nəhəng quruculuq işlərini xüsusi olaraq diqqətə çatdırıb.
Qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, onların problemləri məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Müəyyən vaxt tələb edən məsələlər isə nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb.
Mina RƏŞİD