20.02.2026, 15:28
AZ EN
20.02.2026, 13:16 127

Ağdamda I Qarabağ müharibəsinin itkin-şəhidi Qurban Göyüşov dəfn edilib

XƏBƏRLƏR
  • Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Qurban Göyüşov dəfn olunub.

Şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Ağdam rayonu Quzanlı qəsəbəsi Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Vida mərasimində şəhidin doğmaları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Q.Göyüşov 1974-cü il iyunun 26-da Ağdərə rayonunun Baş Güneypəyə kəndində anadan olub. 1992-ci il martın 12-də Ağdərə rayonunun Çıldıran kəndi istiqamətində itkin düşüb. (Report)

Oxşar xəbərlər