19.02.2026, 16:55
AZ EN
19.02.2026, 13:06 229

I Qarabağ müharibəsinin itkin-şəhidi Vüqar Babayev Göyçayda dəfn edilib

XƏBƏRLƏR
  • Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Vüqar Babayev dəfn olunub.

Şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Göyçayın Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Vida mərasimində şəhidin doğmaları, Göyçay rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Vüqar Səlim oğlu Babayev 1972-ci il aprelin 16-da Göyçayın Qarabaqqal kəndində anadan olub. 1994-cü il fevralın 12-də Kəlbəcər rayonunun Yanşaq kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb. (Report)

Oxşar xəbərlər