17.04.2024, 03:02
AZ EN
12.11.2022, 20:40 93

Qərbi Zəngəzurdakı abidələrimiz yenyetmə və gənclərimizin yaradıcılığında

XƏBƏRLƏR
  • Noyabrın 11-də Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Qərbi Zəngəzur: əsirlikdə olan Azərbaycan abidələri – rəsm müsabiqəsi və sərgisinin təşkili” layihəsinin növbəti maarifləndirmə tədbiri keçirilib.

“Qərbi Zəngəzur: əsirlikdə olan Azərbaycan abidələri – rəsm müsabiqəsi və sərgisinin təşkili” layihəsinin məqsədi milli-mədəni irs nümunələrinin tanıdılması kimi ümummilli işə töhfə verməkdir. Layihə qədim tariximizin və mədəni irsimizin təbliği baxımından ölkəmizdə görülən işlərə layiqli töhfə verəcəkdir.

Layihənin növbəti günündə 20 nəfər yeniyetmə və gənc iştirak etmişdir. ("Trend")

Oxşar xəbərlər