Bu sözləri “İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyinin sədri Səidə Qocamanlı Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı hesabatın təqdimatı mərasimində deyib.
O bildirib ki, Azərbaycana qarşı edilən ikili standartların aparılması qəbuledilməzdir. Azərbaycanın torpaqlarını azad etdikdən sonra ölkəyə qarşı tənqidlər çoxalıb. “2022-ci ilin dekabrında Ermənistan xalqının hökumətinə qarşı çıxması geniş vüsət aldı. Ermənistanda medianın aparıcı qüvvələri həbs olunub, jurnalistlərə işgəncələr edilib. Hazırda 802 nəfərə 137-ci maddə ilə cinayət işi açılıb. Əgər ölkədə söz azadlığı təhdid altındadırsa, həmin ölkə demokratik deyil", - deyə Səidə Qocamanlı əlavə edib. (AZƏRTAC)